Fransalı futbolçu "Qarabağ"da
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" heyətini daha bir futbolçu ilə gücləndirib. SportLine.az xəbər verir ki, Ağdam təmsilçisi Abdella Zoubiri heyətinə qatıb. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Xəbərdə 26 yaşlı hücumameylli yarımmüdafiəçinin "Qarabağ"la razılıq əldə etdiyi deyilir.
Futbol klubunun rəsmi "Facebook" səhifəsi də dünən və bu gün etdiyi paylaşımlarda bu transferə işarə etsə də, hələ ki, bu barədə rəsmi məlumat təqdim olunmayıb.
A.Zoubir bunadək Fransanın "Lans" komandasının şərəfini qoruyub. Karyerası ərzində "Qrenobl", "İsters", "Hibernian" və "Petrolul" kimi klublarda çıxış edən yarımmüdafiəçi 2016-cı ildən "Lans"da çıxış edib. O, "sarı-qırmızı"lı forma ilə çıxdığı 66 oyunda 6 dəfə fərqlənib.