"Qarabağ" Gerye ilə bağlı qərar verdi

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” müqaviləsi başa çatan Donald Gerye ilə yolları ayırmaq qərarını verib.

Sportline.az xəbər verir ki, Qol.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubu haitili yarımmüdafiəçiyə yeni müqavilə təklifi edib. Hazırda ölkəsində olan və başqa klublardan təklif alan futbolçu əvvəlcə gələcəyini vəd etsə də, indiyədək ciddi bir əsas gətirməyərək klubun düşərgəsinə qoşulmayıb. Bu sayğısız davranışına görə, komandanın baş məşqçisi Qurban Qurbanov ondan imtina etmək qərarına gəlib. 
 
Bu arada, “Qarabağ”ın rəsmi sosial şəbəkəsi xəbər yayıb ki, baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə yeni transfer Ailton Silva Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Partizani” ilə cavab oyununda meydana  çıxa bilər.

Qeyd edək ki, Ailton da Gerye kimi müdafiənin sol cinahında oynayır.