"Qarabağ" hazırlığa başladı, Xayme qayıtdı

"Qarabağ"ın, milli komandaların oyunları ilə əlaqədar futbolçularına verdiyi istirahət başa çatıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda dünəndən ikinci dövrənin hazırlığına başlayıb. 

Yalnız milli komandalarda olanlar və zədəlilər məşqdə iştirak etməyiblər. Zədəsini sağaldan yarımmüdafiəçi Xayme Romero da kollektivlə birlikdə məşqə qatılıb.

Qeyd edək ki, yoluna itkisiz irəliləyən "Qarabağ" Premyer Liqanın VIII turunda oktyabrın 19-da "Qəbələ"nin qonağı olacaq.