"Qarabağ" hazırlığa start verib

“Qarabağ” 2019/20 mövsümünün hazırlıqlarına başlayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, ötən gün Ağdam təmsilçisinin bazasında bir araya gələn komanda axşam saatlarında “Azərsun Arena”da ilk məşqinə çıxıb.

Milli komandalarda olan futbolçular məşqdə iştirak etməyib, əvəzində isə əvəzedici komandanın bir neçə üzvü əsas komandaya qoşulub.

“Qarabağ”ın Bakıdakı təlim-məşq toplanışı iyunun 17-nə qədər davam edəcək, komanda bir gün sonra Avstriyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək.