"Qarabağ" hazırlığa start verir

Azərbaycan çempionu "Qarabağ", bu gündən etibarən hazırlığa başlayır.

Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi, təxminən 10 gün paytaxtda hazırlaşacaq. Baş məşqçi Qurban Qurbanov təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyunun 18-də yetirmələrini Avstriyaya aparacaq. Komanda orada 4 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında mübarizəyə iyulun 9-10-da start verəcək.