"Qarabağ" hazırlığı davam etdirir
Ölkə çempionu "Qarabağ” yeni mövsümə hazırlığı davam etdirir.
Sportline.az xəbər verir ki, "köhlən atlar" Avstriyadakı təlim-məşq toplanışında növbəti məşqə çıxıb.
Qurban Qurbanovun komandası günü bir hazırlıq prosesi ilə başa vurub.
Qeyd edək ki, "Qarabağ” Çempionlar Liqasının birinci təsnifat mərhələsində Sloveniyanın "Olimpiya” komandası ilə mübarizə aparacaq.