"Qarabağ" hazırlığı davam etdirir

"Qarabağ” mövsümün ikinci yarısına hazırlığı davam etdirir.

Sportline.az klubun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, komanda bu gün növbəti məşqə çıxıb.

Qeyd edək ki, Premyer Liqanın lideri yanvarın 12-si hazırlığın ikinci mərhələsi üçün  Antalyaya gedəcək. Orada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında “Qarabağ” 4 yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi yanvarın 18-də Rumıniyanın “Akademika Klinkeni”, yanvarın 22-si Qazaxıstanın "Jetisu", yanvarın 25-i Çexiyanın "Siqma" və Polşanın “Visla Plok" klublarıyla qarşılaşacaq.