"Qarabağ" hazırlıqlara başlayır
"Qarabağ" bu gün növbəti mövsümün hazırlıqlarına başlayacaq. SportLine.az xəbər evrir ki, komanda "Azərsun Arena"da toplanacaq.
İlk məşqdə legionerlər və yoldaşlıq oyunlarında çıxış etmək üçün milli komandaların düşərgələrinə yollanan futbolçular iştirak etməyəcəklər.
Qeyd edək ki, "Qarabağ" iyunun 20-də Avstriyada təlim-məşq toplanışına start verəcək. Komanda toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəsini sınayacaq. Ağdam klubu iyunun 23-də Bolqarıstanın "Ludoqorets", iyunun 26-da Avstriyanın "Vakker İnsbruk", iyunun 30-da Suriya milli komandası, iyulun 4-də isə Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə üz-üzə gələcək.