"Qarabağ" iki futbolçu ilə müqavilənin vaxtını uzatdı

“Qarabağ” klubu iki futbolçusu ilə müqavilənin vaxtını uzadıb.

Sportline.az xəbər verir ki, 7-ci çempionluğuna qovuşan Ağdam klubu yarımmüdafiəçilər Miçel Madera və Qara Qarayevlə yola davam edəcək.

Hər iki futbolçu ilə iki illik müqavilə imzalanıb. 

Qeyd edək ki, onların müqaviləsi bu mövsümün sonuna qədər idi.