"Qarabağ" ispaniyalı yarımmüdafiəçinin keçidini rəsmən açıqladı

"Qarabağ” yeni transferini rəsmən açıqlayıb.

Sportline.az xəbər verir ki, Ağdam klubu ispan yarımmüdafiəçi Xayme Romeronun keçidi barədə rəsmi sosial şəbəkə səhifələrində video yayımlayıb. Müqavilənin detalları barədə məlumat verilməyib.

O, yeni klubunda 9 nömrəli forma geyinəcək.

Qeyd edək ki, 28 yaşlı oyunçunun son klubu İspaniya Sequnda təmsilçisi “Kordoba” olub.