"Qarabağ" İstanbula yola düşdü

Avropa Liqasının qrup mərhələsinin IV turunda "Sivasspor"la görüşəcək "Qarabağ" Türkiyəyə yola düşüb.

Sportline.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə saat 20:00-da mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Saat 20:30-da isə, komanda matçın keçiriləcəyi "Başakşəhər Fatih Terim" stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında "Sivasspor" öz meydanında 2:0 hesablı qələbə qazanıb.