"Qarabağ" italiyalı qapıçı ilə maraqlanır

"Qarabağ" klubu italiyalı qapıçı ilə maraqlanır.

Sportline.az  "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, Azərbaycan çempionu "Udineze"nin qapıçısı Simone Skuffetə təklif göndərib. 23 yaşlı futbolçu qərarını yaxın günlərdə verəcək.

Qeyd edək ki, "Udineze"nin yetirməsi olan Skuffet 2013-cü ildən komandanın əsas heyətində çıxış edir. O, 2015/16 mövsümündə İtaliyanın "Komo", bu ilin əvvəlində isə Türkiyənin "Kasımpaşa" klublarına icarəyə verilib.

Qolkiper ötən mövsüm "Udineze" və "Kasımpaşa"nın heyətində 20 rəsmi oyuna çıxıb.

Skuffet İtaliyanın U-17, U-18, U-19 və U-21 komandalarında çıxış edib