"Qarabağ"dan çətin qələbə

Bu gün Topaz Premeyer Liqasında 17-ci tura yekun vurulacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçiriləcək.

Lider "Qarabağ" autsayder mövqeyində qərarlaşan "Kəpəz"i qəbul edəcək. Ağdam təmsilçisi qələbə qazanmaqla "Qəbələ" ilə xal fərqini artıracaq. Gəncə klubu isə "Keşlə"yə yaxınlaşmaq üçün 3 xala ehtiyac duyur.

Qarşılaşma saat 18:00-da başlanacaq.


25 fevral 2018
Topaz Premyer Liqası
17-ci tur

"Qarabağ" - "Kəpəz" - 1:0
QOL: 
Riçard Almeyda, 85 (1:0)
Baş hakim: Orxan Məmmədov
"Azərsun Arena"

Standings provided by Sofascore LiveScore