"Qarabağ" Gəncədən 3 xalla dönür

Bu gün Topaz Premyer Liqasında 23-cü tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

Turnir cədvəlinin lideri "Qarabağ" Gəncəyə səfər edəcək. "Kəpəz"in qonağı olacaq "köhlən atlar" çempionluğa bir qədər də yaxınlşacaq. Meydan sahibləri isə zirzəmidən yaxa qurtarmaq barədə düşünürlər.

Qarşılaşma saat 16:00-da başlanacaq.


14 aprel 2018
Topaz Premyer Liqası
23-cü tur

“Kəpəz” – “Qarabağ” - 0:1
QOL:
Ramil Şeydayev, 23 (0:1)

Hakimlər: Orxan Məmmədov, Rahil Ramazanov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
Gəncə şəhər stadionu

"Kəpəz": 22. Sergey Litovçenko, 15. İqor Korotetski, 13. Şəhriyar Rəhimov (k.), 4. Şəhriyar Əliyev, 18. Tural Cəlilov, 91. Dario Frederiko, 20. Tərzin Cahangirov, 7. Roman Hüseynov, 16. Quli Manjqaladze, 10. Tural Rzayev, 24. Şandon Vinçester

Ehtiyat oyunçular: 1. Davud Kərimi, 55. Tərlan Qasımzadə, 5. Tural Nərimanov, 9. İlkin Sadıqov, 6. Ceyhun Cavadov, 21. Murad Səttarlı, 12. İlyas Səfərzadə, 2. Yusif Cəfərov, 11. Kamran Abdullazadə, 48. Dieqo De Souza

Baş məşqçi: Yunis Hüseynov

"Qarabağ”: 13. İbrahim Şehiç 2. Qara Qarayev 5. Maksim Medvedev 8. Markos Madera 10. Pedro Enrike 14. Rəşad Sadıqov (k) 20. Riçard Almeyda 32. Elvin Yunuszadə 77. Donald Qerye 90. Ramil Şeydayev 99. Dani Kintana

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev 7. Rahid Əmirquliyev 17. Elçin Rəhimli 19. Famil Camalov 21. Arif Daşdəmirov 22. Əfran İsmayılov 25. Ansi Aqolli 30. Abbas Hüseynov 44. Ağabala Ramazanov 52. Yakub Jezniçak

Baş məşqçi: Qurban Qurbanov

Standings provided by Sofascore LiveScore