"Qarabağ" "Keşlə"nin müqavimətini qıra bilmədi

Bu gün Topaz Premyer Liqasında 7-ci turdan təxirə salınan bir görüş keçirilib. SportLine.az xəbər verir ki, son çempion "Qarabağ" "Keşlə"nin qonağı olub.

Son oyunlarda uğursuzluqla üzləşən Ağdam təmsilçisi autsayder mövqeyində qərarlaşan rəqibi ilə dueldən qalib ayrıla bilməyib.

31 oktyabr 2018
TPL, 7-ci turdan təxirə salınan oyun

"Keşlə” – "Qarabağ” - 1:1
QOLLAR: 
Miçel Madera, 56 (0:1); Sertan Taşqın, 79 (1:1)
QIRMIZI VƏRƏQƏ: Samir Məsimov, 88 ("Keşlə")

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Mahir Məmmədov
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə 
"ASK Arena”

1 Neftçi 9 22
2 Qarabağ 9 17
3 Səbail 9 16
4 Sabah 9 16
5 Sumqayıt 9 11
6 Qəbələ 9 9
7 Keşlə 9 6
8 Zirə 9 4