"Qarabağ" və "Qəbələ"dən minimal hesablı qələbə

Azərbaycan Kubokunda 1/4 final həyəcanı davam edir. SportLine.az xəbər verir ki, bu gün yarışda 1/4 final mərhələsinin ilk oyunları yekunlaşıb. Son oyun günündə azarkeşlər daha iki qarşılaşmaya şahidlik ediblər.

Yarışın son qalibi - "Keşlə" "Qarabağ"ın qonağı olub. Topaz Premyer Liqasında iki tur öncə Ağdam təmsilçisinə böyük hesabla uduzan paytaxt klubu, bu dəfə də meydanı məyus tərk edib.

Digər görüşdə "Qəbələ" və "Sabah" üstələyib.

16 dekabr 2018
Azərbaycan Kuboku
1/4 final (ilk oyunlar)

“Qəbələ” – “Sabah” - 1:0
QOL: 
Filip İvanoviç, 45/a.q. (1:0)

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cəmil Quliyev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu

“Qarabağ” – “Keşlə” - 1:0
QOL: 
Rahil Məmmədov, 65 (1:0)

Hakimlər: Vüqar Həsənli, Namiq Hüseynov, Elşad Abdullayev, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu