"Qarabağ" Kiprə bu şüarla yollanır

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-in qonağı olacaq.

Sportline.az  xəbər verir ki, bu görüş, Azərbaycan çempionu üçün mühüm əhəmiyyət daşıyır. 

Rəqibini 3 xal qabaqlayan Qurban Qurbanovun komandası, Nikosiyadakı oyunda uduzmamaqla üstünlüyünü qorumuş olacaq. Klubun sosial şəbəkə hesabı futbolçuları motivasiya edəcək paylaşım edib.

Ağdamlıların media xidməti matçın afişasını “İnanırıq!” başlığı ilə paylaşıb. Azarkeşlər dəstək rəyləri yazmaqla komandanın yanında olub. 

Xatırladaq ki, APOEL – “Qarabağ” matçı, noyabrın 7-si Bakı vaxtı ilə 21:55-də Nikosiyada yerləşən GSP stadionunda başlanacaq.