"Qarabağ" komandasında ciddi itki

“Qarabağ” klubunun yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasında “Düdelanj”a qarşı oyunda zədələnib.

Sportline.az xəbər verir ki, bu səbəbdən o, bu gün Premyer Liqada “Sabah”a qarşı keçiriləcək oyunu buraxmalı olacaq.

Bununla belə, Qara Qarayevin sabah Azərbaycan millisinin düşərgəsinə qoşulacağı bildirilir. Onun oktyabrın 9-u Bəhreynlə yoxlama, oktyabrın 13-də isə Macarıstanla Avro-2020-nin seçmə oyununda iştirak edib-etməyəcəyi hələ bilinmir.