"Qarabağ" - "Kukesi" matçının biletləri satışda

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununda keçiriləcək "Qarabağ" - "Kukesi" matçının biletləri artıq satışa çıxarılıb.

SportLine.az-ın Ağdam klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, biletləri satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından almaq olar. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Ətraflı məlumatla iticket.az saytından tanış ola bilərsiniz. Biletlərin qiymətləri sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.

Qeyd edək ki, "Qarabağ" - "Kukesi" matçı avqustun 1-i saat 21:00-da start götürəcək.