"Qarabağ" - "Kukesi" matçının hakimləri müəyyənləşdi
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Kukesi" görüşünün hakim təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, oyun Slovakiyadan olan briqadaya tapşırılıb.
Peter Kraloviç baş, Miroslav Benko və Erik Vays yan xətt, Patrik Hrka isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Kukesi” matçı saat 21:00-da başlanacaq.