"Qarabağ" legioneri ilə vidalaşdı

"Qarabağ" islandiyalı qapıçısı Hannes Halldorssonla vidalaşıb.

Sportline.az xəbər verir ki, Ağdam klubu İslandiya millisinin qolkiperi ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib. 2018-ci ilin iyulundan "Qarabağ"ın şərəfini qoruyan Hannes Halldorsson cari mövsümdə ölkə çempionatı 4,  avrokuboklarda 4 oyunda iştirak edib.