"Qarabağ" legioneri ilə vidalaşdı

"Qarabağ" klubu legioneri ilə yolları ayırıb.

Sportline.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun əsas heyətdə oynatmadığı Con Delarj komandanı tərk edib. Konqolu hücumçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Qarabağ" Delarjı ötən ilin yayında "Bursaspor"dan 170 min avroya almışdı.

Konqo millisinin üzvü Ağdam klubunda 19 oyuna çıxaraq 3 qol vurub və 2 məhsuldar ötürmə edib. O, sonuncu dəfə "Qarabağ"ın əsas heyətində ötən ilin 20 dekabrında "Keşlə" ilə keçirilən kubok oyununda yer alıb və bundan sonra əvəzedici komandada oynayıb.