"Qarabağ" - "Linfild": bilet satışı başladı

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin cavab matçında avqustun 29-da Şimali İrlandiyanın "Linfild" klubunu qəbul edəcək.

Sportline.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın biletləri bu gündən etibarən satışa çıxarılıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Xatırladaq ki, "Qarabağ"ın "Linfild"lə ilk oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Avqustun 29-da Bakıda olacaq matçın start fiti isə saat 20:00-da veriləcək.