Avropa Liqası: "Qarabağ" Şimali İrlandiyadan məğlub dönür
Bu gün Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçiriləcək.
Sportline.az xəbər verir ki, turnirdə yeganə təmsilçimiz “Qarabağ” da meydana çıxacaq.
Ağdam klubu Şimali İrlandiya səfərində “Llinfild”lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
22 avqust
Avropa Liqası
Pley-offun ilk oyunları
22:45."Linfild" (Şimali İrlandiya) - "Qarabağ" (Azərbaycan) 3:2
Qollar: Faysal Rerras, 15 (0:1), Mark Stafford, 40 (1:1), Şeyni Laveri, 45+1 (2:1), 75 (3:1), Maqaye Qeye, 90+2 pen. (3:2).
Baş hakim: Dandro Şener (İsveçrə)
Belfast. "Vindsor Park".