"Qarabağ" Lissabonda

Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Sportinq”lə qarşılaşacaq “Qarabağ” Portuqaliyaya yollanıb.

SportLine.az Futbol11.az saytına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 19:00-da yola düşən Ağdam təmsilçisi Bakı-Lissabon reysi ilə səfərə çıxıb. "Köhlən atlar" Bakı vaxtı ilə 02:21-də (yerli vaxtla 23:21) Lissabona çatıb.

Bu gün Ağdam klubunun "Joze Alvalade" stadionunda son məşqi olacaq. 

Qeyd edək ki, sentyabrın 20-də keçiriləcək “Sportinq” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.