"Qarabağ" Londona yollanır

Dekabrın 13-də Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Arsenal"la qarşılaşacaq "Qarabağ" bu gün Londona yollanacaq.

Sportline.az xəbər verir ki, komandamız səfərə çarter reysi ilə yollanacaq. Təyyarə saat 18:00-da havaya qalxacaq.

Baş məşqçi Qurban Qurbanovun dekabrın 12-nə nəzərdə tutulan oyunöncəsi mətbuat konfransı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Komandanın açıq məşqi isə 23:00-a təyin edilib.

Qeyd edək ki, Londondakı "Emireyts" stadionunda keçiriləcək "Arsenal" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 00:00-da başlanacaq. Bakıdakı oyunda londonlular 3 cavabsız qolla qalib gəlmişdilər.