"Qarabağ" Lüksemburqda

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda oktyabrın 3-ü "Düdelanj"ın qonağı olacaq "Qarabağ" Lüksemburqa çatıb.

Sportline.az xəbər verir ki, Ağdam klubu sözügedən ölkəyə çarter reysi ilə gedib və təqribən 5 saatlıq yol qət edib.

Komandanın Lüksemburqa gedən heyətində zədəli futbolçular - Xayme Romero və Filip Ozobiç yer almayıb.