"Qarabağ" Macarıstan klubu ilə görüşəcək

"Qarabağ"ın Antalyada qarşılaşacaqğı rəqiblərdən biri dəyişib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu toplanış zamanı ikinci yoxlama oyununda Özbəkistan "Paxtakor"u əvəzinə, Macarıstanın "Uypeşt" komandasıyla qarşılaşacaq. Buna səbəb Özbəkistan klubunun Antalya toplanışının ləğv olunmasıdır.

Qeyd edək ki, "Qarabağ" - "Uypeşt" qarşılaşması yanvarın 16-da olacaq. Qurban Qurbanovun komandası yanvarın 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla qüvvəsini sınayacaq.