"Qarabağ" məşqləri davam etdirir

"Qarabağ" komandası Antalyada təlim-məşq toplanışını davam etdirir.
 
Sportline.az xəbər verir ki, Qurban Qurbanovun komandası hazırlığın dördüncü gününü iki məşqlə başa vurub. Günün ilk məşqi yerli vaxtla saat 11:00-da start götürüb və təxminən 1 saat davam edib. Futbolçular fitness zalında çalışıb.

Günün ikinci məşqi isə yerli vaxtla 17:30-da başlayıb və meydançada baş tutub.