"Qarabağ" - "Neftçi" duelinin təyinatları açıqlandı

Azərbaycan Premyer Liqasında XXVI turun oyunlarının hakim təyinatları açıqlanıb. 

SportLine.az xəbər verir ki, turun mərkəzi görüşü hesab olunan "Qarabağ" - "Neftçi" matçı FİFA referisi Əliyar Ağayevə tapşırılıb. 

Qeyd edək ki, üç günü əhatə edəcək turun bütün görüşləri "CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

4 may (cümə)

"Kəpəz” – "Sumqayıt”

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vüsal Qənbərov, Vüqar Həsənli
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-isnpektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu, 16:00

5 may (şənbə)

"Qəbələ” – "Keşlə”

Hakimlər: Rəvan Həmzəzadə, Elşən Acalov, Məmmədəli Kərimov, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu, 19:00

"Səbail” – "Zirə”

Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Fazil Mürşüdov
"Bayıl Arena”, 17:00

6 may (bazar)

"Qarabağ” – "Neftçi”

Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Əli Hüseynov
"Azersun Arena”, 19:00