"Qarabağ" - "Neftçi" görüşünün məkanı açıqlandı

Topaz Premyer Liqasında 15-ci turun oyun cədvəli açıqlanıb.

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, turun mərkəzi oyunu sayılan “Qarabağ” – “Neftçi” görüşü fevralın 3-də saat 18:30-da başlanacaq. Oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


2 fevral (şənbə)

“Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu, 16:30

“Keşlə” – “Səbail”
“ASK Arena”, 19:00

3  fevral (bazar)

“Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu, 18:30

“Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu, 14:00