"Qarabağ" "Neftçi" ilə oyuna itki ilə çıxacaq
Topaz Premyer Liqasının 26-cı turunda “Neftçi” ilə görüşəcək “Qarabağ” oyuna ciddi itki ilə çıxacaq.
Sportline.az xəbər verir ki, komandanın aparıcı futbolçularından olan Riçard Almeyda bu oyunda meydana çıxa bilməyəcək.
Son turda “Zirə” ilə oyunda sarı vərəqə alan millimizin yarımmüdafiəçisi cəzalı duruma düşüb.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu mayın 6-da “Azərsun Arena”da təşkil olunacaq.