"Neftçi" "Qarabağ"ı məğlub etdi
Bu gün Topaz Premyer Liqasında 26-cı tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha bir qarşılaşma keçiriləcək.
Əzəli rəqiblər - "Qarabağ" və "Neftçi" münasibətləri birincilərin meydanında aydınlaşdıracaq.
Çempionluğu rəsmiləşdirən Ağdam təmsilçisi üçün görüş turnir cədvəli baxımından formal xarakter daşıyırsa, "ağ-qaralar"a 3 xal hava və su kimi lazımdır. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan Tərlan Əhmədovun komandası qələbə qazanacağı təqdirdə "Zirə"ni arxada qoyacaq və 3-cü pillədəki "Sumqayıt"da çatacaq.
Qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək.
Görüşü Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
06 may 2018
Topaz Premyer Liqası
26-cı tur
"Qarabağ” – "Neftçi” - 0:1
QOL: Rəhman Hacıyev, 37 (0:1)
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Əli Hüseynov
"Azersun Arena”