"Qarabağ" - "Neftçi" duelində qalib müəyyənləşmədi
Bu gün Topaz Premyer Liqasında 3-cü tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki oyun keçiriləcək.
Diqqətlər, əsasən, "Azersun Arena"ya yönələcək. Turun mərkəzi görüşündə "Qarabağ" "Neftçi"ni sınağa çəkəcək.
Mövsümün ilk iki oyununda maksimum nəticə göstərən "ağ-qaralar" uğurun təsadüfi olmadığını sübut etməyə çalışacaqlar. "Köhlən atlar" isə son çempion kimi çıxdıqları görüşdə favorit statusunu təsdiqləməlidirlər.
Saat 20:30-da start götürəcək matçı Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
26 avqust 2018
TPL, 3-cü tur
“Qarabağ” – “Neftçi” - 1:1
QOLLAR: Kvame Karikari, 28 (0:1); İnnosent Emeqara, 70 (1:1)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Rauf Cabbarov
“Azersun Arena”, 20:30