"Qarabağ" "Neftçi"yə qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulacaq.

Sportline.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək. Əvvəlcə "Keşlə" "Səbail"i qəbul edəcək.

Digər matç isə turun mərkəzi qarşılaşması sayılır. Son illərin çempionu "Qarabağ" əzəli rəqibi "Neftçi" ilə qarşılaşacaq. Ağdam klubu "ağ-qaralar"ı "Tofiq Bəhramov"da qəbul edəcək.


15 sentyabr (bazar)

20:30. “Qarabağ” – “Neftçi” 2:0

Qol: Mahir Emreli, 31 (1:0), Abdullah Zubir, 69 (2:0).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

18:00. "Keşlə" – “Səbail” 1:2

Qollar: Mirabdulla Abbasov, 18 (0:1), 31-pen. (0:2), Lorenzo Frutos, 54 (1:2).
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
“Bakcell Arena”


14 sentyabr (şənbə)

“Sabah” – “Qəbələ” - 0:1

“Sumqayıt” – “Zirə” - 1:2