"Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan I Divizionunda 22-ci tur başlanıb.

Sportline.az xəbər verir ki, "Qarabağ-2" - "Neftçi-2" matçında meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər. "Sumqayıt-2" "Sabah-2"dən üstün olub - 4:1. "Ağsu"nun qonağı olan "Zaqatala" 4:2 hesablı ilə qələbəyə sevinib. "Şüvəlan" isə "Kəpəz"i 4 cavabsız qolla məğlub edib.

"Qarabağ-2" - "Neftçi-2" - 2:1
Qollar: 
Musa Qurbanlı, 55, Rauf Hüseynli, 90+8 – Ruslan Abışov, 45
Qırmızı vərəqə: Toral Bayramov, 90+8 ("Qarabağ")

"Ağsu" - "Zaqatala" - 2:4
Qollar
: Ceyhun Rəcəbli, 37, Nicat Əhmədov, 41 – Maqsud Ələkbərov, 8, Roini İsmayılov, 25, Cavad Kazımov, 43, Elşad Əliyev, 57

"Sumqayıt-2" - "Sabah-2" - 4:1
Qollar
: Səbuhi Abdullazadə, 41, Ülvi Əliyev, 82, Fərid Kərimzadə, 90+3 (pen.), Məhəmməd Alıyev, 90+6 – Samir Məmmədov, 8

"Şüvəlan" - "Kəpəz" - 4:0
Qollar
: Tural Qürbətov, 16, Akif Tağıyev, 33 (pen.), Murtazəli Abakarov, 45+4, Kənan Mirzaliyev, 87.