"Qarabağ" "Neftçi"yə aman vermədi

Bu gün əvəzedicilərin çempionatında 26-cı tura yekun vurulub. 

SportLine.az xəbər verir ki, son oyun günündə bir görüş keçirilib.

“Qarabağ” öz meydanında “Neftçi”ni qəbul edib. Oyun Ağdam klubunun 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, turnir cədvəlinə 49 xalla “Səbail” başçılıq edir. Eyni xala malik “Qəbələ” 2-ci, “Zirə” isə 39 xalla 3-cüdür.