"Qarabağ" - "Neftçi" duelində 2 qol, 2 qırmızı vərəqə
Bu gün Topaz Premyer Liqasında 15-ci tur yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçirilib.
Çempionluq uğrunda mübarizə aparan iki komanda - "Qarabağ" və "Neftçi" münasibətləri Tofiq Bəhramov adına Respublika Stadionunda aydınlaşdırıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada qalib müəyyənləşməyib.
Bu nəticə ilə "Neftçi" zirvədəki mövqeyini qoruyub.
03 fevral 2019
Topaz Premyer Liqası
15-ci tur
“Qarabağ” – “Neftçi” - 1:1
QOLLAR: Dani Kintana, 6 (1:0); Mamadu Mbodj, 30 (1:1)
QIRMIZI VƏRƏQƏLƏR: Anton Krivotsyuk, 70 ("Neftçi"); Qara Qarayev, 90+2 ("Qarabağ")
Hakimlər: Rəvan Həmzəzadə, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tofiq Bəhramov adına Respublika Stadionu
| 1 | Neftçi | 15 | 34 |
| 2 | Qarabağ | 15 | 31 |
| 3 | Səbail | 15 | 24 |
| 4 | Sabah | 15 | 20 |
| 5 | Qəbələ | 15 | 20 |
| 6 | Sumqayıt | 15 | 15 |
| 7 | Keşlə | 15 | 12 |
| 8 | Zirə | 15 | 10 |