"Qarabağ" növbəti oyununu Respublika Stadionunda keçirəcək
Topaz Premyer Liqasının 10-cu turunda keçiriləcək "Qarabağ" - "Sumqayıt" oyununun yeri dəyişdirilib. SportLine.az xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil ediləcək. Buna "Azersun Arena"nın işıqlandırma sistemində yaranan problem səbəb olub.
Qeyd edək ki, noyabrın 3-də keçiriləcək matçın start fiti saat 19:00-da səslənəcək.