"Qarabağ" növbəti transferi reallaşdırdı

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qarabağ” növbəti trasnferi rəsmiləşdirib.

Sportline.az klubun facebook səhifəsinə istinadən xəbər verir ki, ölkə çempionu braziliyalı qapıçı Vaqner da Silvanı heyətinə qatıb. 32 yaşlı qolkiperlə müqavilənin detalları hələlik açıqlanmır.

Qeyd edək ki, son mövsümü  icarə əsasında Portuqaliya “Boavişta”sında keçirən da Silva müqavilə ilə Belçikanın “Muskron” klubuna məxsusdur. Braziliyada “Atletiko Paranaense”, “İtuano”, “Desportivo Brasil” komandalarının şərəfini qorumuş qapıçı 2010-2015-ci illərdə Portuqaliyada “Eştoril”in formasını geyinib.

Xatırladaq ki, “Qarabağ” bundan öncə Filip Ozobiç, Rahil Məmmədov, Abdulla Zubir, Hannes Halldorsson və Simeon Slavçevi transfer edib.