"Qarabağ" - "Olimpiya" matçının hakimi müəyyənləşdi

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək  "Qarabağ” – "Olimpiya” matçının hakimləri məlumdur. Saat 21:00-da başlanacaq görüşü İsraildən olan hakimlər briqadası idarə edəcək:

Baş hakim: Erez Papir

Baş hakimin köməkçiləri: David Elias Bitton, Eliyahu Casapu

Dördüncü hakim: David Fuxman

(Hakimlər briqadası İsraildəndir)

UEFA nümayəndəsi: Robert Kispal (Macarıstan)

Hakim-inspektor: Sokol Jareci (Albaniya)

Qeyd edək ki, bu komandaların ilk oyununda "Qarabağ” 1:0 hesabı ilə qalib gəlib.