"Qarabağ" onunla yolları ayıracaq
"Qarabağ"ın mövsümün sonunda Ramil Şeydayevlə yolları ayıracağı gündəmdədir.
Sportline.az xəbər verir ki, səbəb gənc futbolçunun əsas heyətə düşməkdə çətinlik çəkməsidir.
Qeyd edək ki, Şeydayev “Qarabağ”a ötən ilin yayında transfer olunub. Milli komandanın üzvünün müqavilə ilə məxsus olduğu “Trabzonspor”a qayıdacağı gözlənilir.