"Qarabağ"ın oyunçusu milliyə dəvət aldı
"Qarabağ"ın futbolçusu Con Delarj Konqo millisinin heyətinə çağrılıb. SportLine.az xəbər verir ki, futbolçunun adı Afrika Millətlər Liqasının oyunlarında iştirak edəcək heyətə daxil edilib.
Qeyd edək ki, Konqo komandası oktyabrın 11-də evdə, 16-da isə səfərdə Liberiya kollektivi ilə qarşılaşacaq.