"Qarabağ" - "Partizani" görüşünün hakimləri müəyyənləşib

Çempionlar Liqasının I təsnifat mərhələsinin "Qarabağ" - "Partizani" matçının hakimləri müəyyənləşib. 

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma Moldovadan olan hakimlər briqadasına tapşırılıb.

Matçı Dumitru Muntean idarə edəcək. Ona Vladislav Lifçiu və Andrey Bodean kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Aleksandru Tean yerinə yetirəcək. 

Qeyd edək ki, "Qarabağ" - "Partizani" matçı iyulun 17-də "Dalğa Arena"da keçiriləcək. Komandaların ilk görüşündə hesab açılmamışdı.