"Qarabağ" - "Partizani" görüşünün vaxtı açıqlandı

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" ilə cavab görüşünün vaxtı dəqiqləşib. 

Sportline.az xəbər verir ki, görüş iyulun 17-də "Dalğa Arena"da keçiriləcək. Oyunun start fiti saat 21:00-da səslənəcək.

Qeyd edək ki, bu komandalar arasında Tiranadakı ilk oyun iyulun 10-da Bakı vaxtı ilə 19:30-da keçiriləcək.