Çempionlar Liqası: "Qarabağ" 2 cavabsız qolla növbəti mərhələdə

Azərbaycan çempionu "Qarabağ" bu gün Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Qurban Qurbanovun komandası, "Dalğa Arena"da Albaniyanın "Partizani" klubunu qəbul edib. 2 cavabsız qolla qalib gələn "Qarabağ" 2-ci mərhələyə yüksəlib.


Çempionlar Liqası

1-ci təsnifat mərhələsinin cavab oyunu

17 iyul

21:00. "Qarabağ" (Azərbaycan) - "Partizani" (Albaniya) 2-0

Qollar: Filip Ozobiç, 51 (1:0), Dani Kintana, 90+4 (2:0).
Hakimlər:
 Dumitru Muntean, Vladislav Lifçiu, Andrey Bodean, Aleksandru Tean
İlk oyun - 0:0
Bakı, "Dalğa Arena"