"Qarabağ" Polşa klubu ilə qarşılaşacaq
Antalyada təlim-məşq toplanışı keçəcək "Qarabağ"ın rəqiblərindən biri müəyyənləşib. SportLine.az xəbər verir ki, Ağdam təmsilçisi "Pyast"la qarşılaşacaq.
Polşa klubunun rəsmi saytının yaydığı məlumata görə, oyun gələn il yanvarın 23-nə planlaşdırılıb.
Qeyd edək ki, "Qarabağ" və "Pyast" 2013-2014 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində üz-üzə gəliblər. Ağdam klubu iki oyunun (2:1, 2:2) nəticəsinə əsasən növbəti mərhələyə yüksəlib.