"Qarabağ" - "Pyast" görüşünün vaxtı açıqlandı

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın üçüncü yoxlama oyununun vaxtı açıqlanıb.

Sportline.az klubun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir ki, yanvarın 23-ü  Polşanın "Pyast" klubuna qarşı keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama oyununda Macarıstan "Uypeşt"inə 0:1 hesabı ilə uduzub. Ağdam təmsilçisi ikinci matçında Çexiyanın "Bohemians" klubuna 3:1 hesabı ilə qalib gəlib.