"Qarabağ"ın oyununda qarşılıqlı qollar

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib Polşanın "Pyast" kollektivi olub.

Qarşılaşma bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, daha əvvəl Macarıstan "Uypeşt"inə 0:1 hesabı ilə uduzan "Qarabağ" Çexiya "Bohemians"ını yenib - 3:1. Rumıniya "Botoşani"si ilə görüş isə əlverişsiz hava şəraiti ilə əlaqədar ləğv edilib.

23 yanvar 2019
Yoxlama oyunu

"Qarabağ" - "Pyast" (Polşa) - 1:1
Antalya, Türkiyə

"Qarabağ""ın start heyəti: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 9. Araz Abdullayev, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 88. Rafael Məhərrəmli