Qarabağ qaziləri futbol meydanında
Azərbaycanda ilk dəfə Amputant Futbol Liqası təşkil olunub.
Sportline.az Qafqazinfo.az-a istinadla xəbər verir ki, açılış oyununda "Qarabağ"la "Sumqayıt" qarşılaşıb. Abşeron İdman Olimpiya Kompleksinin stadionunda keçirilən görüşdə "Sumqayıt" son dəqiqələrində vurduğu qolla qalib gəlib.
Çempionatda 4 komanda Qərb bölgəsini - Gəncə və Tovuzu təmsil edir. 4 komanda isə Bakı və Sumqayıtda formalaşıb.